az en
News / Liqanın qalibləri mükafatlandırılıb (fotoreportaj)

Liqanın qalibləri mükafatlandırılıb (fotoreportaj)

U-11 Qızlar liqası Dərc olundu: 10.05.2017 Çap
AFFA-nın dəstəyi ilə 2016-2017-ci il mövsümündə “Məktəblərdə futbol dərsi” layihəsində iştirak edən məktəb şagirdləri üçün (2005, 2006 və 3 nəfər 2004-cü il təvəllüdlü) U-11 Qızlar liqası təşkil olunub. 
 
Liqanın qalibləri mükafatlandırılıb (fotoreportaj)
12 komadanın iştirak etdiyi liqa dairəvi sistem üzrə keçirilib. Bu gün liqanın qalibləri 141 saylı orta məktəbin akt zalında mükafatlandırılıb. İştirakçılara liqa barədə ətraflı məlumat verilib, videoçarx nümayiş etdirilib.
 
I yer – Rəvan FK (141 saylı orta məktəbin komandası)
II yer – Zığ FK (65 saylı orta məktəb komandası)
III yer – Gömrükçü FK (236 saylı orta məktəbin komandası)
 
Ən yaxşı oyunçu – Zəhra Piriyeva (Fidan FK) 
Ən məhsuldar oyunçu – Safura Xəlilova (Rəvan FK) - 19 qol
 
Baş Sponsor 
Partnyorlar