az en
News / U-17 (Qadınlar) Qazaxıstan yığması ilə qarşılaşıb

U-17 (Qadınlar) Qazaxıstan yığması ilə qarşılaşıb

U-17 (qızlar) Dərc olundu: 04.05.2024 Çap
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ikinci oyununu keçirib.
U-17 (Qadınlar) Qazaxıstan yığması ilə qarşılaşıb
Millimiz Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. ABFF Təlim-Məşq Mərkəzində baş tutan görüşün 90 dəqiqəsi 2:2 hesablı bərabərliklə yekunlaşıb. Komandamızın heyətində 10-cu dəqiqədə Xanım Əsədova, 26-cı dəqiqədə isə Aylin Kərimova fərqləniblər. Qazaxıstan kollektivi penaltilər seriyası sayəsində 4:1 hesablı qələbə qazanıb.
U-17 turnirdəki son oyununu mayın 7-də, Bakı vaxtı ilə saat 12:00-da Türkiyə yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, Azərbaycanın U-17 millisi ilk matçında Belarus kollektivinə 1:3 hesabı ilə məğlub olub.
Baş Sponsor 
Partnyorlar