UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turu çərçivəsində noyabrın 3-də keçiriləcək “Kopenhagen” (Danimarka) – “Borussiya” (Dortmund, Almaniya) oyununun baş hakimi Əliyar Ağayev olacaq. Ona FIFA referi köməkçisi Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.