az en
News / İlk oyunda qələbə

İlk oyunda qələbə

U-17 (qızlar) Dərc olundu: 22.03.2023 Çap
17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununu keçirib. Bosniya və Herseqovinada keçirilən oyunda millimiz Qazaxıstan yığması ilə qarşılaşıb. 2:0 hesabı ilə millimizin xeyrinə başa çatan oyunda qolları Ayşən Salamzadə və Aydan Həsənova vurub. Millimiz qrupda növbəti oyununu martın 25-də Bosniya və Herseqovina komandasına qarşı keçirəcək.
 
İlk oyunda qələbə
Baş Sponsor 
Partnyorlar