az en
News / Ələkbər Məmmədov yad olunacaq

Ələkbər Məmmədov yad olunacaq

AFFA Dərc olundu: 09.05.2020 Çap
Ələkbər Məmmədov yad olunacaq
Bu gün görkəmli idman xadimi, məşhur futbolçu, SSRİ əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi, AFFA-nın İcraiyyə Komitəsinin üzvü olmuş mərhum Ələkbər Məmmədovun anadan olmasının 90 illik yubileyi ilə əlaqədar AFFA-nın rəsmi facebook səhifəsində təşkil olunacaq canlı yayımda ümumittifaq dərəcəli hakim, hazırda Futbol Veteranları İttifaqının sədr müavini vəzifəsində çalışan Rüstəm Rəhimov Ələkbər Məmmədovla bağlı xatirələrini bölüşəcək, gənc nəsil futbolçular üçün mərhum futbol ulduzunun həyat yolu və karyerası barədə söhbət açacaq. Yayım saat 15:00-da başlayacaq.
COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq olunan karantin qaydalarına əsasən, hazırda hər hansı futbol futbol turnirinin və digər tədbirlərin təşkil mümkün olmadığı üçün, karantin başa çatdıqdan sonra AFFA tərəfindən Ələkbər Məmmədovun xatirəsinə həsr olunmuş turnirin keçirilməsi nəzərdə tutulub.
 
Baş Sponsor 
Partnyorlar