AFFA-nın, Milli Məclisin, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin, "SOCAR Georgia" və Uşaq Gənclər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Gürcüstanın Marneuli rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar “Heydər Əliyev ili” çərçivəsində uşaq və yeniyetmələr üçün futbol festivalı keçirilib.
Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin deputatı, Azərbaycan Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Arzu Nağıyev, Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli səfiri Faiq Quliyev, “SOCAR Georgia”nın Sosial Layihələr Departamentinin rəisi Tofik Əliyev, Uşaq Gənclər Futbol Federasiyasının prezidenti Asif Əliyev, Marneuli şəhərinin meri Kənan Ömərov, Marneuli şəhərinin qubernatorun müavini Kaxa Koberidze, məşqçilər, valideyinlər və rayon ictimayyətinin nümayyəndələri iştirak edib.
Festivalda iştirak edən 100 uşaq və yeniyetməyə futbola marağı artırmaq məqsədilə idman geyimləri və toplar verilib. Gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər.