az en
News / Məhəllələrarsı futbol yarışılarına start verilib (fotolar)

Məhəllələrarsı futbol yarışılarına start verilib (fotolar)

Kütləvilik Dərc olundu: 02.08.2022 Çap
Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyası tərəfindən məhəllələrarası futbol yarışları üzrə pilot layihəyə start verilib.
Məhəllələrarsı futbol yarışılarına start verilib (fotolar)
Xəzər rayonunun Buzovna qəsəbəsində - R.İmanov 4 və M.Sübhi 2a saylı yaşayış binalarını əhatə edən məhəllədə məhəllələrarası futbol yarışı keçirilib. Yarışda 2010-2011-ci il təvəllüdlü uşaqlar mübarizə aparıb. Qalib komandalar Xəzər rayonundan seçilmiş millət vəkili Rauf Əliyev və Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev tərəfindən diplom və medallarla təltif olunublar. Məhəllələrarası futbol yarışlarının Xəzər rayon qəsəbələrində silsilə şəkildə davam etdirilməsi planlaşdırılır. Yarışların əsas məqsədi yeniyetmə və gənclər arasında futbol idman növünə olan marağı artırmaq, gələcəkdə peşəkar futbolçu olmalarına zəmin yaratmaqdır.
 
Baş Sponsor 
Partnyorlar