Bu gün Azərbaycan milli komandası növbəti beynəlxalq yoldaşlıq oyunu keçirib.
Komandamız Tbilisi İdman Sarayında Gürcüstan yığması ilə qarşılaşıb. Oyun millimizin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Komandamızın yeganə qolunu 29-cu dəqiqədə Kənan Manafov vurub.
Qeyd edək ki, Azərbaycan milli komandası iki gün əvvəl də Gürcüstan yığması ilə qarşılaşmış və 2:3 hesabı ilə məğlub olmuşdu.