az en
News / Millimiz Moldovaya qalib gəlib

Millimiz Moldovaya qalib gəlib

UEFA Dərc olundu: 20.03.2024 Çap
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində B Liqasının 2-ci qrupunda son oyununu keçirib.
Millimiz Moldovaya qalib gəlib
Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 4:1 hesabı ilə qalib gəlib. Oyunda hesabı 7-ci dəqiqədə Ayşən Salamzadə açıb. Arzu Cəfərova 25-ci dəqiqədə fərqi iki topa çatdırıb. Komandamızın 3-cü qolunu 63-cü dəqiqədə Vahidə Əlipaşayeva vurub. Millimizin 4-cü qolunu isə 78-ci dəqiqədə Xanım Əsədova vurub.
Bundan əvvəl Bolqarıstan yığmasına 1:6, Sloveniyaya isə 0:4 hesabı ilə məğlub olan Azərbaycan milli komandası qrupu 3 xalla 3-cü pillədə başa vurub.
 
Baş Sponsor 
Partnyorlar