az en
News / Millimiz (Qadınlar) Macarıstan yığması ilə heç-heçə edib

Millimiz (Qadınlar) Macarıstan yığması ilə heç-heçə edib

UEFA Dərc olundu: 05.04.2024 Çap
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində B Liqasının 1-ci qrupunda ilk oyununu keçirib.
Millimiz (Qadınlar) Macarıstan yığması ilə heç-heçə edib
 Millimiz Macarıstanın Szeged şəhərindəki "Szent Gellért Fórum" stadionunda Macarıstan yığması ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Komandamızın bərabərlik qolunu 74-cü dəqiqədə Sevinc Cəfərzadə vurub.
Qeyd edək ki, Azərbaycan milli komandası turnirdə növbəti oyununu aprelin 9-da, saat 16:00-da "Dalğa Arena"da İsveçrə yığmasına qarşı keçirəcək.
Baş Sponsor 
Partnyorlar