az en
News / Millimiz qələbə qazanıb

Millimiz qələbə qazanıb

A Milli Dərc olundu: 20.11.2022 Çap
Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə, “Todor Proeski Milli Arena”da Şimali Makedoniya və Azərbaycan milli komandaları arasında beynəlxalq yoldaşlıq oyunu keçirilib. Qarşılaşma 3:1 hesabı ilə milli komandamızın xeyrinə başa çatıb. Millimizin qollarını 38-ci dəqiqədə Elvin Cəfərquliyev, 65-ci dəqiqədə Musa Qurbanlı və 89-cu dəqiqədə Ramil Şeydayev vurub.
Millimiz qələbə qazanıb
Baş Sponsor 
Partnyorlar