az en
News / Millimizi yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşib

Millimizi yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşib

A Milli Dərc olundu: 04.03.2024 Çap
Azərbaycan milli komandası FIFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” layihəsi çərçivəsində martın 22-si Monqolustan, martın 25-də isə Bolqarıstan yığmaları ilə qarşılaşacaq. 
Millimizi yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşib
Millimiz bu oyunlara Arif Əsədovun rəhbərliyi altında çıxacaq. Məşqçilər korpusunda İlham Yadullayev, Füzuli Məmmədov və Kamran Ağayev təmsil olunacaqlar. 
Qeyd edək ki, saat 20:00-da başlayacaq hər iki oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Baş Sponsor 
Partnyorlar