az en
News / Millinin rəqibləri müəyyənləşib

Millinin rəqibləri müəyyənləşib

Çimərlik futbolu Dərc olundu: 16.06.2023 Çap
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.
Millinin rəqibləri müəyyənləşib
Komandamız İtaliya, Moldova və Estoniya yığmaları ilə birlikdə A qrupunda mübarizə aparacaq. Oyunlar iyulun 5-dən 9-dək “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında keçiriləcək. Millimizin oyunlarının təqvimini nəzərinizə çatdırırıq:
 
5 iyul. Saat 18:45
Azərbaycan – Moldova
 
6 iyul. Saat 18:45
Azərbaycan – Estoniya
 
7 iyul. Saat 18:45
Azərbaycan – İtaliya
Baş Sponsor 
Partnyorlar