az en
News / “Mingəçevir” AFFA U-12 Qızlar Liqasının qalibi olub (fotoreportaj)

“Mingəçevir” AFFA U-12 Qızlar Liqasının qalibi olub (fotoreportaj)

Liqalar Dərc olundu: 21.05.2023 Çap
AFFA-nın təşkil etdiyi AFFA U-12 Qızlar Liqasının 2022/2023-cü illər mövsümünə yekun vurulub.
“Mingəçevir” AFFA U-12 Qızlar Liqasının qalibi olub (fotoreportaj)
Mövsümün final qarşılaşmasında “Xırdalan City” və “Mingəçevir” komandaları üz-üzə gəlib. Oyunun əsas vaxtı 1:1 hesabı ilə nəticələnib. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən “Mingəçevir” komandası
rəqibini 3:2 hesabı ilə məğlub edərək 2022/2023-cü illər AFFA U-12 Qızlar Liqasının qalibi olub. Gəncənin “Ümid-TİM” komandası isə mövsümü üçüncü pillədə tamamlayıb. Bu gün Binə stadionunda keçirilmiş final qarşılaşmasından sonra mükafatlandırma mərasimi təşkil olunub. “Xırdalan City” komandasının üzvü Xədicə Rəhimova mövsümün ən yaxşı oyunçusu seçilib. “Şamaxı” FK komandasının oyunçusu Sara Səlimova 60 qolla mövsümün ən məhsuldar oyunçusu olub. “Mingəçevir” komandasının üzvü İradə Əsədli isə mövsümün ən yaxşı qapıçısı seçilib. Mükafatları AFFA-nın Texniki Direktor Cahangir Həsənzadə, Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, U-15 (Qızlar) milli komandasının baş məşqçisi Xanlar Əliyev və köməkçi məşqçi Kader Alimova təqdim ediblər.
 
Baş Sponsor 
Partnyorlar