az en
News / "Məktəblərdə futbol dərsi" Ağcabədidə və Tovuzda (fotoreportaj)

"Məktəblərdə futbol dərsi" Ağcabədidə və Tovuzda (fotoreportaj)

Məktəblərdə futbol dərsi Dərc olundu: 22.10.2019 Çap
AFFA və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində “Məktəblərdə Futbol dərsi” layihəsi davam etdirilir. Oktyabrın 19-da Ağcabədi rayon Mirzə Fətəli Axundov adına 3 saylı tam orta məktəbdə, 22-də isə Tovuz rayonunda yerləşən Elxan Məmmədov adına tam orta məktəbdə layihə çərçivəsində V, VI və VII sinif şagirdləri üçün (qız, oğlan) dərslər keçirilib.
Layihənin həyata keçirilməsində əsas məqsəd şagirdlər arasında sağlam həyat tərzinin təbliğ olunması, onlarda futbola və digər idman növlərinə maraq yaratmaqdır. Qeyd edək ki, dərslərin keçirilməsi üçün AFFA tərəfindən məktəblərə idman ləvazimatları (toplar, fişka, pilləkən, uşaqlar üçün idman geyimləri) təqdim edilib.
 
"Məktəblərdə futbol dərsi" Ağcabədidə və Tovuzda (fotoreportaj)
Baş Sponsor 
Partnyorlar