az en
News / "Məktəblərdə futbol dərsi" Qaxda və İmişlidə (fotoreportaj)

"Məktəblərdə futbol dərsi" Qaxda və İmişlidə (fotoreportaj)

Məktəblərdə futbol dərsi Dərc olundu: 24.10.2019 Çap
AFFA və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində “Məktəblərdə Futbol dərsi” layihəsi davam etdirilir. Oktyabrın 23-də Qax rayonunda yerləşən Tasmalı kənd tam orta məktəbdə, oktyabrın 24-də isə İmişli rayonu 5 saylı tam orta məktəbdə layihə çərçivəsində V, VI və VII sinif şagirdləri üçün (qız, oğlan) dərslər keçirilib.
Layihənin həyata keçirilməsində əsas məqsəd şagirdlər arasında sağlam həyat tərzini təbliğ etmək, onlarda futbola və digər idman növlərinə maraq yaratmaqdır. Qeyd edək ki, dərslərin keçirilməsi üçün AFFA tərəfindən məktəblərə idman ləvazimatları (toplar, fişka, pilləkən, uşaqlar üçün idman geyimləri) təqdim edilib.
 
"Məktəblərdə futbol dərsi" Qaxda və İmişlidə (fotoreportaj)
Baş Sponsor 
Partnyorlar