Bu gün “Neftçi Arena”da “Neftçi” ilə Rusiyanın “Zenit” klubları arasında keçiriləcək yoldaşlıq oyununun hakimləri müəyyənləşib.
Saat 21:00-da başlayacaq qarşılaşmanın baş hakimi FIFA referisi Rauf Cabarov olacaq. Ona Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Allahverdiyev yerinə yetirəcək. Oyunun VAR hakimləri Rəşad Əhmədov və Pərvin Talıbov olacaq.