az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 19.05.2023 Çap
13.05.2023-cü il tarixində Misli Premyer Liqasının XXXIV turunun “Qəbələ” – “Turan Tovuz” oyununda “Qəbələ” klubunun futbolçusu Urfan Abbasov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 200 manat cərimə edilir (maddə 47.1);
İntizam Komitəsinin qərarları
13.05.2023-cü il tarixində Misli Premyer Liqasının XXXIV turunun “Səbail” – “Qarabağ” oyununda ictimai təhlükəsizlik düzgün təşkil edilmədiyinə görə “Səbail” klubu 4000 manat cərimə edilir (maddə 49.1);
13.05.2023-cü il tarixində Misli Premyer Liqasının XXXIV turunun “Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra kənar şəxslər meydançaya daxil olduğuna görə “Qarabağ” klubu 1600 manat cərimə edilir (maddə 49.2);
13.05.2023-cü il tarixində Misli Premyer Liqasının XXXIV turunun “Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra “Qarabağ” klubunun azarkeşləri pirotexniki vasitlərdən istifadə etdiyinə görə “Qarabağ” klubu 800 manat cərimə edilir (maddə 51.2);
13.05.2023-cü il tarixində Misli Premyer Liqasının XXXIV turunun “Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra VAR sisteminin naqillərinin pirotexniki vasitənin yanması nəticəsində zədələnməsinə görə dəymiş zərər “Qarabağ” klubu tərəfindən qarşılansın (maddə 65.2);
17.05.2023-cü il tarixində Misli Premyer Liqasının XXXIV turunun “Sumqayıt” – “Sabah” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Sumqayıt” klubu 800 manat cərimə edilir (maddə 39);
16.05.2023-cü il tarixində I Divizionun XXIX turunun “Neftçi-2” – “Araz Naxçıvan” oyununda “Neftçi-2” komandasının futbolçusu Həbib İsmayılov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, komanda 20 manat cərimə edilir (maddə 47.1);
16.05.2023-cü il tarixində I Divizionun XXIX turunun “Neftçi-2” – “Araz Naxçıvan” oyununda “Araz Naxçıvan” klubunun futbolçusu Emil Bayramov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, komanda 20 manat cərimə edilir (maddə 47.1);
16.05.2023-cü il tarixində I Divizionun XXIX turunun “Zaqatala” – “Qəbələ-2” oyununda “Zaqatala” klubunun futbolçusu Kənan Müslümov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, komanda 20 manat cərimə edilir (maddə 47.1);
16.05.2023-cü il tarixində I Divizionun XXIX turunun “Zaqatala” – “Qəbələ-2” oyununda “Zaqatala” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə “Zaqatala klubu 80 manat cərimə edilir (maddə 51.2);
16.05.2023-cü il tarixində I Divizionun XXIX turunun “Zaqatala” – “Qəbələ-2” oyununda “Qəbələ-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qəbələ-2” komandası 80 manat cərimə edilir (maddə 39);
16.05.2023-cü il tarixində I Divizionun XXIX turunun “Zaqatala” – “Qəbələ-2” oyunu bitdikdən sonra “Qəbələ-2” komandasının qapıçılar üzrə məşqçisi Elçin Rzazadə oyunun rəsmi şəxslərinə qarşı qeyri-etik ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanır, komanda 400 manat cərimə edilir (maddə 41.4);
16.05.2023-cü il tarixində I Divizionun XXIX turunun “Səbail-2” – MOİK oyununda “Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilir (maddə 39);
16.05.2023-cü il tarixində I Divizionun XXIX turunun “Səbail-2” – MOİK oyununda MOİK klubunun futbolçusu Elşən Veysov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə edilir (maddə 36.1);
16.05.2023-cü il tarixində I Divizionun XXIX turunun “Qaradağ Lökbatan” – “Mingəçevir” oyununda “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilir (maddə 39);
18.05.2023-cü il tarixində I Divizionun XXIX turunun “Sumqayıt-2” – “Şamaxı-2” oyununda “Sumqayıt-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Sumqayıt-2” komandası 80 manat cərimə edilir (maddə 39).
18.05.2023-cü il tarixində I Divizionun XXIX turunun “İmişli” – “Zirə-2” oyununa Təcili Tibbi Yardım təyin olunan vaxtdan gec gəldiyinə görə “İmişli” klubu 40 manat cərimə edilir (maddə 62.2);
18.05.2023-cü il tarixində I Divizionun XXIX turunun “İmişli” – “Zirə-2” oyununda “İmişli” klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyinə görə “İmişli” klubu 80 manat cərimə edilir (maddə 51.2);
18.05.2023-cü il tarixində I Divizionun XXIX turunun “İmişli” – “Zirə-2” oyununda meydançaya kənar əşyalar atıldığına görə “İmişli” klubu 160 manat cərimə edilir (maddə 51.1).
14 may 2023-cü il tarixində AFFA Region Liqasında keçirilən “Xəzər Lənkəran 42” – “Marxal” (Şəki) oyununda “Xəzər Lənkəran 42” komandasının azarkeşləri tərəfindən rəsmi şəxslərin ünvanına təhqiramiz ifadələrin işlədilməsi və oyun bitdikdən sonra meydana kənar əşyaların atılması nəticəsində rəsmi şəxsə xəsarət yetirildiyinə görə “Xəzər Lənkəran 42” klubunun növbəti ev oyunu azarkeşsiz keçirilsin (maddə 41.7);
11 may 2023-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Turan Tovuz” FK - “Qarabağ” FK oyununda “Turan Tovuz” FK komandasının heyətində 19 nömrəli futbolçu Ümüd Məmmədovun qarşılaşmanın 30-cu dəqiqəsində perspektivli hücumun qarşısını aldığına görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1)
14 may 2023-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Neftçi” PFK – “Şamaxı” FK oyununda “Şamaxı” FK komandasının heyətində 3 nömrəli futbolçu İsgəndər Heydərovun qarşılaşmanın 80-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1)
14 may 2023-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Neftçi” PFK – “Şamaxı” FK oyununda “Şamaxı” komandasının heyətində 6 nömrəli futbolçu Ayxan Məcidovun qarşılaşmanın 84-cü dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1)
14 may 2023-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Neftçi” PFK – “Şamaxı” FK oyununda “Şamaxı” komandasının heyətində 13 nömrəli futbolçu Kərim Məmmədovun qarşılaşmanın 90+4-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1)
14 may 2023-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Qəbələ” İK – “Sabah” FK oyununda “Sabah” komandasının heyətində 19 nömrəli futbolçu Fəxri Məmmədlinin qarşılaşmanın 85-ci dəqiqəsində ciddi qayda pozuntusuna (oyun epizodunda rəqibə ayaqla zərbə) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılsın. (maddə 36.1)
13 may 2023-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Neftçi” PFK – “Kəpəz” PFK oyununun 39-cu dəqiqəsində “Neftçi” komandasının baş məqşçisi Elşən Məmmədovun hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 41.4)
13 may 2023-cü il tarixində AFFA U-15 Liqasında keçirilən “Vətən” – “Ağ Şəhər” oyununda “Vətən” komandasının heyətində 99 nömrəli futbolçu Akif Allahverdiyevin qarşılaşmanın 68-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1)
13 may 2023-cü il tarixində AFFA U-15 Liqasında keçirilən “Vətən” – “Ağ Şəhər” oyununda “Ağ Şəhər” komandasının heyətində 4 nömrəli futbolçu Məhəmməd Məmmədzadənin qarşılaşmanın 80-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1)
14 may 2023-cü il tarixində AFFA U-15 Liqasında keçirilən “Kəpəz” PFK - EFA oyununda “Kəpəz” komandasının heyətində 13 nömrəli futbolçu Ramal İmamquliyevin qarşılaşmanın 78-ci dəqiqəsində düşüncəsiz qayda pozuntusuna görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1)
13 may 2023-cü il tarixində AFFA U-12 Liqasında keçirilən “Neftçi” İK İB – “Lamasya Baku” oyununda “Lamasya Baku” komandasının heyətində 3 nömrəli futbolçu Kənan Həsənlinin qarşılaşmanın 50-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1)
13 may 2023-cü il tarixində AFFA U-11 Liqasında keçirilməli olan “Xəzər Bakı” FK – “Baku Sporting” oyunu “Xəzər Bakı” komandasının heyətində yetərsay olmadığı üçün baş tutmaması üçün oyunun baş tutmamasına görə “Xəzər Bakı” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 55.1)
11.05.2023-cü il tarixində futzal üzrə Yüksək Liqanın pley-off mərhələsində keçirilən “Baku Fire” – “Neftçi” İK İB oyununda “Baku Fire” komandasının qapıçısı Kamran Hacıyevin oyunun 39-cu dəqiqəsində təcavüzkar davranış (rəqibi bilərəkdən başla zərbə vurduğuna görə) birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılsın (maddə 37.3)
11.05.2023-cü il tarixində futzal üzrə ikinci liqanın pley-off mərhələsində keçirilən “Baku Fire-3” – “Xan Lənkəran” oyununda “Baku Fire-3” komandasının qapıçısı Zalış Səmədzadənin oyunun 11:36 dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə bir başa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1)
14 may 2023-cü il tarixində AHFF nın birinciliyinin II turu çərçivəsində keçirilən “Bayıl Rovers”- “Topçular” oyununda “Bayıl Rovers” komandasının heyətində 8 nömrəli futbolçusu Raymond Godstime Aktopunun qarşılaşmanın 69-cu dəqiqəsində aqressiv davranış ( rəqibi vurdugu üçün) qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılsın (maddə 37.3)
14.05.2023-cü il tarixində AFFA U-17 Qızlar Liqasında keçirilən “Dinamo” (Balakən) – “Gömrükçü” (Bakı)” yarımfinalın cavab oyununun 90+1 dəqiqəsində “Dinamo” (Balakən) komandasının məşqçisi İsmayıl Mahmudovun “Gömrükçü” komandasının məşqçisini təhqir etdiyi üçün texniki zonadan kənarlaşdırıldığına görə 5 oyun cəzalandırılsın. (maddə 41.4).
 
Baş Sponsor 
Partnyorlar