az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 01.06.2023 Çap
28 may 2023-cü il tarixində Azərbaycan Həvəskarlar Futbol Federasiyasının birinciliyinin IV turu çərçivəsində keçirilən “Dirçəliş-2” – “Gənclik” İK oyununda “Dirçəliş-2” komandasının heyətində 49 nömrəli futbolçu Məmməd Məmmədovun qarşılaşmanın 90+5 ci dəqiqəsində rəqib komandanı təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılsın. (maddə 41.1)
İntizam Komitəsinin qərarları
28 may 2023-cü il tarixində AHFF-nın birinciliyinin IV turu çərçivəsində keçirilən “Dirçəliş-2” – “Gənclik” İK oyununda “Dirçəliş-2” komandasının məşqçisi Bəhruz Yusifzadə texniki zona qaydalarına riayət etmədiyinə görə texniki zonadan kənarlaşdırıldığı sonrakı 1 matçda texniki zonaya buraxırılmasın. (maddə 61.1)
29 may 2023-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Şamaxı” – “Zirə” oyununda “Zirə” komandasının heyətində 5 nömrəli futbolçu Rəvan Qaraəhmədli qarşılaşmanın 45-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1)
28 may 2023-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Kəpəz”  - “Qarabağ” oyununda “Kəpəz” komandasının heyətində 32 nömrəli futbolçu Elşən Mirzəyev qarşılaşmanın 83-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın. (maddə 47.1)
26 may 2023-cü il tarixində AFFA U-16 Liqasında keçirilən “Mil-Muğan” – “Kəpəz” oyununda “Mil-Muğan” komandasının heyətində 4 nömrəli futbolçu Fərid Quluzadə qarşılaşmanın 81-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1)
25 may 2023-cü il tarixində AFFA U-16 Liqasında keçirilən “Səbail” – “Turan Tovuz” oyununda “Səbail” komandasının heyətində 14 nömrəli futbolçu Murad Muradzadə qarşılaşmanın 54-cü dəqiqəsində düşüncəsiz qayda pozuntusuna görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1)
09 may 2023-cü il tarixində AFFA U-15 Liqasında keçirilən “Neftçi” İK İB – “Şimal Elit” oyununda “Neftçi” komandasının heyətində 5 nömrəli futbolçu Murad Mikayılov qarşılaşmanın 35-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1)
27 may 2023-cü il tarixində AFFA U-15 Liqasında keçirilən “Şimal Elit” – “Şamaxı” oyununda “Şimal Elit” komandasının heyətində 1 nömrəli futbolçu Nihad Sultanov qarşılaşmanın 50-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1).
Baş Sponsor 
Partnyorlar