az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 26.04.2024 Çap
19.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXXI turun “Turan Tovuz” – “Sumqayıt” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” klubu 700 manat cərimə edilir (maddə 37);
İntizam Komitəsinin qərarları
19.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXXI turun “Turan Tovuz” – “Sumqayıt” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Turan Tovuz” klubu 800 manat cərimə edilir (maddə 51.2);
 
19.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXXI turun “Turan Tovuz” – “Sumqayıt” oyununun birinci hissəsi bitdikdən sonra “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Turan Tovuz” klubu 800 manat cərimə edilir (maddə 52.1);
 
19.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXXI turun “Turan Tovuz” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt” klubu 700 manat cərimə edilir (maddə 37);
 
20.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXXI turun “Qarabağ” – “Qəbələ” oyununun 66-cı dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” klubu 1500 manat cərimə edilir (maddə 52.2);
 
20.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXXI turun “Zirə” – “Neftçi” oyununun 67-ci dəqiqəsində “Zirə” klubunun 29 nömrəli futbolçusu Ceyhun Nuriyev ikinci “sarı”dan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Zirə” klubu 500 manat cərimə edilir (maddə 36.5);
 
20.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXXI turun “Zirə” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Zirə” klubu 800 manat cərimə edilir (maddə 51.2);
 
21.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXXI turun “Kəpəz” – “Sabah” oyununun 87-ci dəqiqəsində “Kəpəz” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Kəpəz” klubu 1000 manat cərimə edilir (maddə 43.7);
 
21.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXXI turun “Araz-Naxçıvan” – “Səbail” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Araz-Naxçıvan” klubu 800 manat cərimə edilir (maddə 51.2);
 
24.04.2024-cü il tarixində Azərbaycan Kubokunda 1/2 finalın “Qarabağ” – “Neftçi” oyunundan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qarabağ” klubu 800 manat cərimə edilir (maddə 51.2);
 
22.04.2024-cü il tarixində II Liqada XXII turun “Cəbrayıl” – “Baku Sportinq” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə “Cəbrayıl” klubu 80 manat cərimə edilir (maddə 74.1);
 
22.04.2024-cü il tarixində II Liqada XXII turun “Kürmük Qax” – “Sheki City” oyununda “Sheki City” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Sheki City” klubu 70 manat cərimə edilir (maddə 37);
 
22.04.2024-cü il tarixində II Liqada XXII turun “Kürmük Qax” – “Sheki City” oyununda təhlükəsizlik düzgün təşkil edilmədiyinə görə “Kürmük Qax” klubu 200 manat cərimə edilir. Analoji halın təkrar yaşanacağı təqdirdə daha ciddi sanksiyaların tətbiq ediləcəyi barədə “Kürmük Qax” klubuna xəbərdarlıq edilir (maddə 73.3, 11);
 
22.04.2024-cü il tarixində II Liqada XXII turun “Kürmük Qax” – “Sheki City” oyununda meydançaya kənar şəxslər daxil olduğuna görə “Kürmük Qax” klubu 80 manat cərimə edilir (maddə 51.2);
 
22.04.2024-cü il tarixində II Liqada XXII turun “Kür-Araz” – “Ağdaş” oyununun 49-cu dəqiqəsində “Ağdaş” klubunun baş məşqçisi Ruslan Hüseynov hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 5 oyun cəzalanır, “Ağdaş” klubu 400 manat cərimə edilir (maddə 43.4);
 
22.04.2024-cü il tarixində II Liqada XXII turun “Kür-Araz” – “Ağdaş” oyununun 86-cı dəqiqəsində “Ağdaş” klubunun 17 nömrəli futbolçusu Ramal Əhmədov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Ağdaş” klubu 50 manat cərimə edilir (maddə 36.5);
 
22.04.2024-cü il tarixində II Liqada XXII turun “Kür-Araz” – “Ağdaş” oyununda “Ağdaş” klubunun 5 futbolçusu sarı vərəqə aldığı üçün “Ağdaş” klubu 70 manat cərimə edilir (maddə 37);
 
23.04.2024-cü il tarixində II Liqada XXII turun “Qusar” – “Şəfa” oyununda “Şəfa” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şəfa” klubu 70 manat cərimə edilir (maddə 37);
 
23.04.2024-cü il tarixində II Liqada XXII turun “Dinamo” – “Şahdağ Qusar” oyununun 85-ci dəqiqəsində “Dinamo” klubunun 7 nömrəli futbolçusu Fərid Eyvazov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Dinamo” klubu 150 manat cərimə edilir (maddə 39.1);
 
23.04.2024-cü il tarixində II Liqada XXII turun “Dinamo” – “Şahdağ Qusar” oyununun 89-cu dəqiqəsində “Dinamo” klubunun 22 nömrəli futbolçusu İman Müseyibov ikinci “sarı”dan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Dinamo” klubu 50 manat cərimə edilir (maddə 36.5);
 
23.04.2024-cü il tarixində II Liqada XXII turun “Dinamo” – “Şahdağ Qusar” oyununun 19-cu dəqiqəsində “Şahdağ Qusar” klubunun 12 nömrəli futbolçusu Rafiq Kərimov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Şahdağ Qusar” klubu 80 manat cərimə edilir (maddə 41);
 
21.04.2024-cü il tarixində Əvəzedicilər Liqasında XXXI turun “Qarabağ-2” – “Qəbələ-2” oyununun 8-ci dəqiqəsində “Qarabağ-2” komandasının 76 nömrəli futbolçusu Nihad Əliyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Qarabağ-2” komandası 80 manat cərimə edilir (maddə 41);
 
22.04.2024-cü il tarixində Əvəzedicilər Liqasında XXXI turun “Zirə-2” – “Neftçi-2” oyununun 52-ci dəqiqəsində “Zirə-2” komandasının 55 nömrəli futbolçusu Ramin Abdullayev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanır, “Zirə-2” komandası 200 manat cərimə edilir (maddə 43.1);
 
22.04.2024-cü il tarixində Əvəzedicilər Liqasında XXXI turun “Zirə-2” – “Neftçi-2” oyununun 90+8-ci dəqiqəsində “Zirə-2” komandasının 25 nömrəli futbolçusu Vüsal Əliyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Zirə-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);
 
22.04.2024-cü il tarixində Əvəzedicilər Liqasında XXXI turun “Zirə-2” – “Neftçi-2” oyununun 30-cu dəqiqəsində “Neftçi-2” komandasının 51 nömrəli futbolçusu David Orucov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Neftçi-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);
 
22.04.2024-cü il tarixində Əvəzedicilər Liqasında XXXI turun “Zirə-2” – “Neftçi-2” oyununun 75-ci dəqiqəsində “Neftçi-2” komandasının 35 nömrəli futbolçusu Fərid Səfərli rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanır, “Neftçi-2” komandası 200 manat cərimə edilir (maddə 43.1);
 
22.04.2024-cü il tarixində Əvəzedicilər Liqasında XXXI turun “Zirə-2” – “Neftçi-2” oyununun 78-ci dəqiqəsində “Neftçi-2” komandasının 70 nömrəli futbolçusu İbrahim Novruzov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanır, “Neftçi-2” komandası 200 manat cərimə edilir (maddə 43.1);
 
22.04.2024-cü il tarixində Əvəzedicilər Liqasında XXXI turun “Kəpəz-2” – “Sabah-2” oyununun ilk hissəsinin “Sabah-2” komandasının meydançaya gec çıxması səbəbindən 4 dəqiqə gec başladığı üçün “Sabah-2” komandası 150 manat cərimə edilir (maddə 60.4);
 
22.04.2024-cü il tarixində Əvəzedicilər Liqasında XXXI turun “Kəpəz-2” – “Sabah-2” oyununda “Sabah-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Sabah-2” komandası 70 manat cərimə edilir (maddə 37);
 
19 aprel 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən İCBFA – “Səbail” FK oyununda “Səbail” FK komandasının heyətində 12 nömrəli futbolçusu Raquf Həsənov qarşılaşmanın 85-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 41);
 
19 aprel 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Qarabağ” FK – “Qəbələ” İK oyununda “Qarabağ” FK komandasının heyətində 9 nömrəli futbolçusu Elgün İsaqov qarşılaşmanın 86-cı dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılsın (maddə 43.1);
 
19 aprel 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Qarabağ” FK – “Qəbələ” İK oyununda “Qəbələ” İK komandasının heyətində 13 nömrəli futbolçusu Əliyar Haqverdizadə qarşılaşmanın 86-cı dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 3 oyun cəzalandırılsın (maddə 43.1);
 
20 aprel 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Kəpəz” PFK – “Araz Naxçıvan” PFK oyununda “Kəpəz” PFK komandasının heyətində 13 nömrəli futbolçusu Elxan Məmmədov qarşılaşmanın 89-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
20 aprel 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Kəpəz” PFK – “Araz Naxçıvan” PFK oyununda “Araz Naxçıvan” PFK komandasının heyətində 16 nömrəli futbolçusu Məhəmməd Rəsulzadə qarşılaşmanın 90-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
21 aprel 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Turan Tovuz” FK – “Sabah” FK oyununda “Sabah” FK komandasının heyətində 35 nömrəli futbolçusu Tunar Mehdizadə qarşılaşma bitdikdən sonra hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 4 oyun cəzalandırılsın (maddə 43.3);
 
19 aprel 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən “Masallı” PFK – “Kəpəz” PFK oyununda “Kəpəz” PFK komandasının heyətində 20 nömrəli futbolçu Ramal İmamquliyev qarşılaşmanın 68-ci dəqiqəsində ciddi kobud oyuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılsın (maddə 39.1);
 
20 aprel 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilməli olan “Baku Sporting” FK – İOEUGİM (Sumqayıt) oyunu İOEUGİM (Sumqayıt) komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün İOEUGİM (Sumqayıt) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 63.1);
 
20 aprel 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Masallı” PFK – “Araz Saatlı” oyununda “Araz Saatlı” komandasının heyətində 2 nömrəli futbolçu Ziyad Bağırzadə qarşılaşmanın 24-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
20 aprel 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən “Neftçi” PFK – “Səbail” FK oyununda “Neftçi” PFK komandasının heyətində 20 nömrəli futbolçu Murad Hacıyev  qarşılaşmanın 53-cü dəqiqəsində aqressiv davranışa (rəqibi vurduğuna) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 2 oyun cəzalandırılsın (maddə 40.3);
 
20 aprel 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən “Amasiya” FK – “Liman” FK oyununda “Amasiya” FK komandasının heyətində 6 nömrəli futbolçu Əhməd Abbasov qarşılaşmanın 49-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
21 aprel 2024-cü il tarixində AFFA U-12 Liqasında keçirilən “Şirvansaray” FK – “Binə” FK oyununda “Şirvansaray” FK komandasının heyətində 4 nömrəli futbolçu Tamerlan Nağıyev qarşılaşmanın 58-ci dəqiqəsində perspektivli hücumun qarşısını aldığına görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
20 aprel 2024-cü il tarixində AFFA U-11 Liqasında keçirilən “Baku Sporting” FK – “Sumqayıt” FK oyununda “Baku Sporting” FK komandasının baş məşqçisi Murad İsmayılov texniki zona qaydalarını pozduğuna görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 2 oyun cəzalanır (maddə 53.1);
 
24 aprel 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilməli olan “ASTA” FK – “Ulduz” (Mingəçevir) oyunu “Ulduz” (Mingəçevir) komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün “Ulduz” (Mingəçevir) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 63.1);
 
25 aprel 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Şərur” FK – “Araz-Naxçıvan” oyununun 65-ci dəqiqəsində “Araz-Naxçıvan” komandasının 7 nömrəli futbolçusu Abbas Əkbərli 2-ci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır (maddə 36.5);
 
19.04.2024-cü il tarixində futzal üzrə 1-ci liqanın 20-ci turunda keçirilən “Bakı” MFK – “Dəstə Ordubad” oyununda “Dəstə Ordubad” komandasının qapıçısı Emil İsrəfilov oyunun 2-ci dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 41);
 
21.04.2024-cü il tarixində keçirilməli olan futzal üzrə Yüksək Liqanın 19-cu turunun “Record club” – “Araz Naxçıvan” oyununda “Record club” komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün “Record club” komandasına 0:5 hesablı texniki məğlubiyyət verilir. Bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Record Club” komandası yarışlardan kənarlaşdırılır. (maddə 63.1)
 
20.04.2024-cü il tarixində AFFA U-17 Qızlar Liqasının “Dinamo” (Balakən) – “Neftçi” PFK” ½ final “Neftçi” komandasının 13 nömrəli oyunçusu Səma Əsədova oyununun 83-cü dəqiqəsində 2-ci sarı vərəqə (qırmızı vərəqə) alaraq (bir oyunda ikinci xəbərdarlıq) meydançadan kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
20.04.2024-cü il tarixində AFFA U-17 Qızlar Liqasının “Dinamo” (Balakən) – “Neftçi” PFK” ½ final oyununda “Neftçi” komandasının 8 nömrəli oyunçusu Aida Oksina oyunun 85-ci dəqiqəsində təcavüzkar davranış (rəqib oyunçunu şillə ilə vurduğuna görə) səbəbilə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına  görə 4 oyun cəzalandırılsın (maddə 40.3);
 
20.04.2024-cü il tarixində AFFA U-17 Qızlar Liqasının “Dinamo” (Balakən) – “Neftçi” PFK” ½ final oyununun 85-ci dəqiqəsində Dinamo (Balakən) komandasının 15 nömrəli oyunçusu Nuray Cabbarova təcavüzkar davranış (rəqib oyunçunu təpiklə vurduğuna görə) səbəbilə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına  görə 4 oyun cəzalandırılsın (maddə 40.3);
 
20.04.2024-cü il tarixində AFFA U-17 Qızlar Liqasının “Dinamo” (Balakən) – “Neftçi” PFK” ½ final oyununda “Dinamo” (Balakən) komandası oyun zamanı qeydiyyatda olan oyunçunun yerinə başqa futbolçunu oynatdığına görə “Dinamo” (Balakən) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 61.2);
 
20.04.2024-cü il tarixində AFFA U-17 Qızlar Liqasının “Dinamo” (Balakən) – “Neftçi” PFK” ½ final oyununda “Neftçi” klubu tərəfindən məşqçi Kəmalə İbadullayeva rəsmi şəxs kimi adının protokolda olmadığı halda texniki zonada olduğuna görə “Neftçi” komandasına xəbərdarlıq edilir (maddə 11).
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
Baş Sponsor 
Partnyorlar