AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) dəvətilə tələbələr üçün master-klass keçib.
Sessiyanın mövzusu rəsmi beynəlxalq futbol yarışlarının təşkili və matç əməliyyatları olub. İştirakçılar arasında ASAPES-in Rusiyanın MGİMO Universiteti ilə idman menecmenti üzrə ikili proqramının tələbələri və SABAH qruplarının tələbələri yer alıblar.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.