az en
News / “Qarabağ” ilk oyunda qələbə qazanıb

“Qarabağ” ilk oyunda qələbə qazanıb

Avropa Liqası Dərc olundu: 16.02.2024 Çap
UEFA Avropa Liqasında mübarizə aparan “Qarabağ” bu gün turnirin pley-off mərhələsində ilk oyununu keçirib. Səfərdə Portuqaliyanın “Braqa” klubu ilə qarşılaşan təmsilçimiz 4:2 hesabı ilə qələbə qazanıb. “Qarabağ”ın heyətində 21-ci dəqiqədə penaltidən Marko Yankoviç, 54 və 69-cu dəqiqələrdə Abdullah Zubir, 65-ci dəqiqədə isə Olavio Juninyo fərqlənib. Bu komandalar arasında cavab qarşılaşması fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
“Qarabağ” ilk oyunda qələbə qazanıb
Baş Sponsor 
Partnyorlar