az en
News / “Qəbələ” Azərbaycan Kubokunun qalibi olub (fotoreportaj)

“Qəbələ” Azərbaycan Kubokunun qalibi olub (fotoreportaj)

Kubok oyunları Dərc olundu: 03.06.2023 Çap
Bu gün “Bakcell Arena”da “Qəbələ” və “Neftçi” komandaları arasında Azərbaycan kuboku uğrunda yarışın 2022/2023-cü illər mövsümünün final oyunu keçirilib.
 
“Qəbələ” Azərbaycan Kubokunun qalibi olub (fotoreportaj)
Qarşılaşmanın əsas vaxtı 0:0 hesabı ilə nəticələnib. Qalibi müəyyən etmək üçün əlavə iki hissə oynanılıb. “Qəbələ”nin oyunçusu İsnik Alimi qarşılaşmanın 102-ci dəqiqəsində penaltidən vurduğu qolla komandasına qələbə qazandırıb. Oyundan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatlandırma mərasimində AFFA-nın prezidenti Rövnəq Abdullayev, PFL-in prezidenti Elxan Səmədov və assosiasiyanın baş katibi Sərxan Hacıyev iştirak ediblər.
 
Baş Sponsor 
Partnyorlar