az en
News / “Qarabağ” Azərbaycan Kubokunun qalibi olub (fotoreportaj)

“Qarabağ” Azərbaycan Kubokunun qalibi olub (fotoreportaj)

Kubok oyunları Dərc olundu: 03.06.2024 Çap
Azərbaycan Kubokunda 2023/2024-cü illər mövsümünün final oyunu keçirilib. “Liv Bona Dea Arena”da baş tutan həlledici görüşdə “Qarabağ” və “Zirə” komandaları qarşılaşıblar.
“Qarabağ” Azərbaycan Kubokunun qalibi olub (fotoreportaj)
Rəqibini 2:1 hesabı ilə məğlub edən Ağdam təmsilçisi 8-ci dəfə ölkə kubokunun qalibi olub. “Qarabağ”ın heyətində 42-ci dəqiqədə Olavio Juninyo, 62-ci dəqiqədə Abdullah Zubir, “Zirə”də isə 58-ci dəqiqədə İsmayıl İbrahimli fərqlənib.
Görüşün ardından “Qarabağ” kubokla mükafatlandırılıb. Mükafatlandırma mərasimində AFFA-nın prezidenti Rövşən Nəcəf, icraçı vitse-prezidenti Sərxan Hacıyev və Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov iştirak ediblər. Mərasimin sonunda “Qarabağ” komandasına kubok AFFA-nın prezidenti Rövşən Nəcəf tərəfindən təqdim olunub.
 
Baş Sponsor 
Partnyorlar