az en
News / Qusarda "Qızlar Futzal Kuboku" keçirilib (fotoreportaj)

Qusarda "Qızlar Futzal Kuboku" keçirilib (fotoreportaj)

Turnir Dərc olundu: 16.04.2023 Çap
AFFA-nın təşkilatçılığı ilə 15-16 aprel tarixlərində Qusar Olimpiya İdman Kompleksində 14 yaşadək məktəbli qızlar arasında “Qızlar Futzal Kuboku” turniri keçirilib.
 
Qusarda "Qızlar Futzal Kuboku" keçirilib (fotoreportaj)
Turnirin ilk günü qızlardan ibarət 12 komanda arasında qrup mərhələsi üzrə 12 oyun keçirilib. Növbəti gün isə pley-off mərhələsinin oyunlarına yekun vurulub. Qusar Olimpiya İdman Kompleksində təşkil edilən tunirdə 120 yeni qız futbolçu qeydiyyatdan keçib.
Hil kənd tam orta məktəb turnirin qalibi, II və III yeri isə müvafiq olaraq, Gədəzeyxur kənd tam orta məktəb və Bədişqala kənd tam orta məktəbi tutub. Gədəzeyxur kənd tam orta məktəbin şagirdi Güləndər Mehdiyeva 8 qolla turnirin ən məhsuldar oyunçusu olub. Bədişqala kənd tam orta məktəbin şagirdi Cəhanə Qədimova ən yaxşı oyunçu, Hil kənd tam orta məktəbin şagirdi Amaliya Bəyova isə turnirin ən yaxşı qapıçısı seçilib. İlk üç yeri tutan komandalar diplom və medallar, qalib komanda isə kubokla mükafatlandırılıb. Mükafatları AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, 17 yaşadək qızlardan ibarət milli komandanın baş məşqçisi Nərgiz Qurbanova və 15 yaşadək qızlardan ibarət millinin baş məşqçisi Xanlar Əliyev təqdim edib.
Qeyd edək ki, layihənin əsas məqsədi həm gələcəkdə qızlar futzal liqasını, həm də qadınlardan ibarət futzal üzrə milli komandanın yaradılmasıdır.
 
Baş Sponsor 
Partnyorlar