az en
News / "Rəqibin oyun üslubuna görə öz oyunumuzu quracağıq”

"Rəqibin oyun üslubuna görə öz oyunumuzu quracağıq”

A milli (Qadınlar) Dərc olundu: 10.03.2020 Çap
Qadınlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində martın 11-də ASK Arenada saat 18:00-da keçiriləcək Azərbaycan – Polşa oyunundan əvvəl baş məşqçilərin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
"Rəqibin oyun üslubuna görə öz oyunumuzu quracağıq”
Siyasət Əsgərov: “Rəqibin gücü hamıya bəllidir. Qrupun ən güclü komandası İspaniya ilə evdə 0:0 hesablı heç-heçə ediblər. İspaniyanın isə  qadın futbolunda hegemon olması heç kimə sirr deyil. Polşa millisi də onlardan geri qalmır. Heyətində Avropanın aparıcı klublarıbda çıxış edən futbolçuları var. Çətin oyun olacaq. Cəzalı futbolçularımızın olmasına baxmayaraq, komanda olaraq oyuna tam hazırıq. Çalışacağıq ki, evdə keçirdiyimiz oyunda xal qazanaq.
Polşanın qrupda keçirdiyi oyunları izləmişik. Müdafiədə, hücumda necə oynadıqlarını bilirik. Əsasən sürətli oyuna üstünlük verirlər, uzun ötürmələrdən istifadə edirlər. Rəqibin oyun üslubuna görə öz oyunumuzu quracağıq”.
 
Milosz Stepinski: “Uçuşumuz uzun çəksə də, nəhayət Azərbaycandayıq. İki ölkə arasında saat fərqinə rəğmən uyğunlaşdığımızı deyə bilərəm. Sabah qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Azərbaycanın İspaniya və Çexiya ilə oyunlarını izləmişik. Bizim üçün çətin oyun olacaq. Rəqib çox intizamlı və gənc komandadır. 5-4-1 taktiki düzülüşü ilə mübarizə aparır. Xüsusən, müdafiədə daha yaxşı təsir bağışlayır. Azərbaycanın Moldova yığmasına məğlub olmasına baxmayaraq, daha yaxşı təsir bağışlamışdı. Oyuna tam hazırıq, bununla belə, gözləmədiyimiz nəticə ilə qarşılaşa bilərik”.
 
Baş Sponsor 
Partnyorlar