AFFA-nın təşkil etdiyi AFFA U-17 Liqasının 2022/2023-cü illər mövsümünə yekun vurulub.
Qəbələ şəhər stadionunda “Qəbələ” komandası ilə qarşılaşan “Sabah” rəqibini 1:0 hesabı ilə məğlub edərək AFFA U-17 Liqasının 2022/2023-cü illər mövsümünün qalibi olub.
Oyundan sonra mükafatlandırma mərasimi təşkil olunub. Medalları AFFA-nın baş katibinin müavini Kamran Vəliyev, Şamaxı Regional Futbol məktəbinin koordinatoru, veteran futbolçu Vəli Qasımov təqdim ediblər. “Qəbələ” klubunun üzvü İlkin Budaqov mövsümün ən yaxşı oyunçusu seçilib. “Sabah” klubunun üzvü Niyazi Osmanov isə 35 qolla 2022/2023-cü illər mövsümünün ən məhsuldar oyunçusu olub.