az en
News / “Səbail” “Zəfər” turnirinin qalibi olub (fotoreportaj)

“Səbail” “Zəfər” turnirinin qalibi olub (fotoreportaj)

AFFA Dərc olundu: 04.11.2022 Çap
AFFA, PFL və Misli Premyer Liqa klublarının əməkdaşlarından ibarət komandaların iştirakı ilə təşkil olunan “Zəfər” turnirinə yekun vurulub.
 
“Səbail” “Zəfər” turnirinin qalibi olub (fotoreportaj)
Turnirin ilk yarımfinal oyununda “Turan Tovuz” üzərində 5:2 hesablı qələbə qazanan “Neftçi” finala vəsiqə qazanıb. Yarımfinalın digər qarşılaşmasında “Səbail” PFL-i 2:1 hesabı ilə məğlub edib. Həlledici qarşılaşmada “Neftçi” üzərində 3:1 hesablı qələbə qazanan “Səbail” III “Zəfər” turnirinin qalibi olub. PFL isə "Turan Tovuz"u 8:4 hesabı ilə məğlub edərək 3-cü olub. Qalib komandaya kuboku AFFA-nın baş katibi Sərxan Hacıyev və Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov birlikdə təqdim edib.
 
Baş Sponsor 
Partnyorlar