az en
News / "Səbətlərin ən güclü milli komandaları ilə qarşılaşacağıq"

"Səbətlərin ən güclü milli komandaları ilə qarşılaşacağıq"

Millətlər Liqası Dərc olundu: 08.02.2024 Çap
Xəbər verdiyimiz kimi, bu gün Fransanın paytaxtı Parisdə UEFA Millətlər Liqası turnirinin 2024/2025 mövsümünün püşkatma mərasimi keçirilib. Azərbaycan millisinin məşqçisi Arif Əsədov püşkü dəyərləndirib:
"Səbətlərin ən güclü milli komandaları ilə qarşılaşacağıq"
"Düşünürəm ki, çətin qrupa düşdük. Səbətlərin ən güclü milli komandaları ilə qarşılaşacağıq. Həmin komandaların hər biri ilə bu yaxınlarda oyunlarımız olub. Bu qarşılaşmalarda qalib də gəlmişik, məğlub da olmuşuq. Düşünürəm ki, maraqlı qrupdur. Milli komandamıza uğurlar arzu edirəm".
Baş Sponsor 
Partnyorlar