az en
News / “Self Evaluation Workshops” seminarına start verilib

“Self Evaluation Workshops” seminarına start verilib

Seminar Dərc olundu: 21.02.2024 Çap
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə “Self Evaluation Workshops” seminarına start verilib.
 
 
 
“Self Evaluation Workshops” seminarına start verilib
Seminarın açılış mərasimində Bakıda səfərdə olan UEFA nümayəndələri – Helen Croft, Jeff Davis və Diana Bulgaru AFFA-nın Baş katibi Sərxan Hacıyevlə görüşüb. Görüş zamanı Azərbaycanda kütləvi futbolun mövcud vəziyyəti barədə müvafiq müzakirələr aparılıb. Daha sonra UEFA nümayəndələrinin başçılığı ilə AFFA-nın müvafiq bölmələrinin əməkdaşları ilə seminar keçirilib. Seminarın ilk günündə “Futbolda Sosial Məsuliyyət”, “Aşağı yaş qruplarında oyun formaları”, “Futzalın kütləvi futbolda rolu” və digər mövzular ətrafında müzakirələr aparılıb. Qeyd edək ki, seminar ümumilikdə 3 gün davam edəcək.
 
Baş Sponsor 
Partnyorlar