az en
News / İsmayıllıda "Qızlar Futzal Kuboku" keçiriləcək

İsmayıllıda "Qızlar Futzal Kuboku" keçiriləcək

Kütləvilik Dərc olundu: 15.03.2023 Çap
AFFA-nın təşkilatçılığı ilə 17-18 mart tarixlərində İsmayıllıda 14 yaşadək məktəbli qızlar arasında “Qızlar Futzal Kuboku” turniri keçiriləcək. 
İsmayıllıda "Qızlar Futzal Kuboku" keçiriləcək
Turnirin ilk günü 12 məktəbin iştirakı ilə qrup oyunları, növbəti gün isə pley-off mərhələsinin qarşılaşmaları oynanılacaq. İştirakçı komandalar idman geyimi, top və gödəkçələrlə təmin olunacaq. Tədbirin son günü qaliblər diplom, medallar və müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqdır.
Qeyd edək ki, UEFA-nın dəstəyi ilə təşkil ediləcək “Qızlar Futzal Kuboku” yarışı ümumilikdə 5 regionda keçirilməsi planlaşdırılır. Layihənin əsas məqsədi orta məktəb şagirdləri arasında sağlam həyat tərzinin düzgün şəkildə təbliği, futbola marağın artırılması, kütləviliyin təmin olunması, həmçinin gələcəkdə qızlar futzal liqasının yaradılmasıdır.
Baş Sponsor 
Partnyorlar