az en
News / “Sumqayıt” klubuna medallar təqdim edilib (fotoreportaj)

“Sumqayıt” klubuna medallar təqdim edilib (fotoreportaj)

Liqalar Dərc olundu: 24.05.2023 Çap
AFFA təşkil etdiyi AFFA Yüksək Qızlar Liqasının 2022/2023-cü illər mövsümünə yekun vurulub.
“Sumqayıt” klubuna medallar təqdim edilib (fotoreportaj)
Bu gün “Kapital Bank Arena”da çempionatın sonuncu - XVIII turunun “Sumqayıt” - 8 №-li iOEUGiM (7:4) oyunu keçirilib. Qarşılaşmadan dərhal sonra mövsümü ilk üç pillədə tamamlayan komandalara müvafiq olaraq, qızıl, gümüş və bürünc medallar təqdim olunub. “Sumqayıt” 2023/2023-cü illər mövsümünün qalibi, “Neftçi” ikinci, “Xırdalan City” komandası isə üçüncü olub. “Xırdalan City” komandasının üzvü Fidan Cəfərova mövsümün ən yaxşı oyunçusu, “Neftçi”nin oyunçusu Məryəm İsayeva isə mövsümün ən yaxşı qapıçısı seçilib. Şəfəq Nəsirova (“Sumqayıt”) 64 qolla mövsümün ən məhsuldar oyunçusu olub. Mükafatları AFFA-nın Texniki Direktoru Cahangir Həsənzadə, Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, “Sumqayıt” FK-nın prezidenti Riad Rəfiyev və U-17 (qadınlar) milli komandasının baş məşqçisi Nərgiz Qurbanova təqdim ediblər.
 
Baş Sponsor