az en
News / U-17 Tacikistan yığmasına qalib gəlib

U-17 Tacikistan yığmasına qalib gəlib

U-17 Dərc olundu: 28.04.2024 Çap
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Turnirində bu gün sonuncu oyununu keçirib.
U-17 Tacikistan yığmasına qalib gəlib
Millimiz üçüncü matçında Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüşün 90 dəqiqəsi 2:2 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında komandamız 3:1 hesablı qələbə qazanıb. 
U-17-nin heyətində qollara 10-cu dəqiqədə Əli Qazıbəyov, 13-cü dəqiqədə isə Ümid Səlimov imza atıblar.
Qeyd edək ki, U-17 ilk iki oyununda Belarus yığmasına 0:4, Özbəkistan kollektivinə isə 0:2 hesabı ilə məğlub olub.
Baş Sponsor 
Partnyorlar