az en
News / U-19 (Qadınlar) Bolqarıstan yığması ilə qarşılaşıb

U-19 (Qadınlar) Bolqarıstan yığması ilə qarşılaşıb

UEFA Dərc olundu: 06.04.2024 Çap
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. 
U-19 (Qadınlar) Bolqarıstan yığması ilə qarşılaşıb
Millimiz B Liqasının 4-cü qrupunda Latviyanın Salaspils şəhərindəki "Salaspils BSS" stadionunda Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun komandamızın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan milli komandası qrupda son oyununu aprelin 9-da, saat 16:00-da "LNK Sporta Parks" stadionunda Latviya yığmasına qarşı keçirəcək.
 
Baş Sponsor 
Partnyorlar