AFFA-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar təşkil olunan beynəlxalq turnirdə iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.
Baş məşqçi İlqar Aslanov 17 futzalçıya dəvət göndərib.
Qapıçılar: Hüseyn Əbdülov, Sadiq Əlizadə, Azər Fərmanov, Hüseyn Hüseynov
Oyunçular: Sunay Həsənov, Qüdrət Qasımzadə, Daniil Bekniyev, Mirzə Əmirov, Oqtay Mahmudzadə, İlham Alıyev, Hüseyn Cəfərzadə, Pünhan Qasımzadə, Rüfət Məmmədli, Bəyoğlan Vəlizadə, Fərid Abbasov, Nüsrət Fərzəli, Xəzər Ağalızadə.
Qeyd edək ki, turnir çərçivəsində U-19 noyabrın 26-da Belarus, 2 gün sonra isə Mərakeşdən olan həmyaşıdları ilə qarşılaşacaq. Oyunlar Bakı İdman Sarayında keçiriləcək və saat 17:00-da başlayacaq.