21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirib.
"Qarabağ Arena"da İngiltərənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 1:5 hesabı ilə məğlub olub.
Qeyd edək ki, U-21 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu martın 26-da, saat 16:00-da Ukraynanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək. Oyun "Qarabağ Arena"da baş tutacaq.