az en
News / UEFA “Playmakers” layihəsinə start verilib (fotolar)

UEFA “Playmakers” layihəsinə start verilib (fotolar)

Kütləvilik Dərc olundu: 14.10.2022 Çap
UEFA və AFFA-nın birgə əməkdaşlığı çərçivəsində ölkəmizdə qadın futbolunun inkişafı məqsədilə 5-8 yaşlı qızlar üçün həyata keçirilən "Playmakers" layihəsinə start verilib. Layihənin əsas məqsədi "Disney" cizgi filmləri hekayələri üzərindən qızların sağlam həyat tərzinə cəlb edilməsi və eləcə də, sosial bacarıqların, fundamental fiziki hərəkətlərin və futbolun əsaslarının öyrədilməsidir. Bakı şəhəri və digər regionları əhatə edəcək layihə 2023-cü ilin sonuna qədər davam edəcək. Layihə çərçivəsində ilk tədbir 220 nömrəli məktəb-liseydə keçirilib.
 
UEFA “Playmakers” layihəsinə start verilib (fotolar)
Baş Sponsor 
Partnyorlar