az en
News / VAR sistemi ilə bağlı üçüncü seminar

VAR sistemi ilə bağlı üçüncü seminar

Hakimlər Dərc olundu: 31.12.2021 Çap
AFFA və TFF arasındakı qarşılıqlı əməkdaşlıq çərçivəsində Türkiyənin İstanbul şəhərində VAR (Video Köməkçi Hakim) protokolu ilə bağlı növbəti – üçüncü seminar keçirilib.
 
VAR sistemi ilə bağlı üçüncü seminar
Dekabrın 27-dən 30-dək keçirilmiş seminarda Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan baş hakimlər və hakim köməkçiləri, I Divizionda fəaliyyət göstərən referilər, həmçinin “CBC Sport” telekanalının  videooperatorları iştirak edib.
Türkiyəli təlimatçılar Barış Şimşek və Burçin Keskinin, həmçinin AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuchlikin iştirak etdiyi seminar ərzində nəzəri məşğələlərlə yanaşı praktiki təlimlər də təşkil olunub.
Xatırladaq ki, VAR sistemi ilə bağlı Türkiyədə ilk seminar noyabrın 2-dən 4-dək, ikinci seminar isə noyabrın 30-dan dekabrın 2-ə qədər təşkil olunmuşdu.
 
Baş Sponsor 
Partnyorlar