az en
News / Türkiyədə VAR seminarı

Türkiyədə VAR seminarı

Hakimlər Dərc olundu: 02.11.2021 Çap
Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan baş hakimlər və hakim köməkçiləri, I Divizionun oyunlarını idarə edən bir neçə hakim, həmçinin CBC Sport kanalının bir neçə operatoru Türkiyənin İstanbul şəhərində təşkil olunan seminarda iştirak edirlər. Seminarın məqsədi VAR otaqları ilə tanışlıq, VAR simulyatoru vasitəsilə praktiki məşğələlər və nəzəri biliklərin artırılmasıdır. Noyabrın 4-dək davam edəcək seminarın təlimatçıları Barış Şimşek, Burçin Keskin və Fritz Stuchlikdir.
Türkiyədə VAR seminarı
Baş Sponsor 
Partnyorlar