az en
News / Fəridə Lütfəliyeva 3 oyuna təyinat aldı

Fəridə Lütfəliyeva 3 oyuna təyinat aldı

Hakimlər Dərc olundu: 01.04.2026 Çap
FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb. O, 19 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin II raundunun 3 oyununda fəaliyyət göstərəcək.
Fəridə Lütfəliyeva 3 oyuna təyinat aldı
F.Lütfəliyeva B qrupunun aprelin 12-də Kosovo – Moldova, 18-də Moldova – Litva matçlarının baş hakimi, aprelin 15-də Kosovo – Litva görüşünün ehtiyat hakimi olacaq. Digər referimiz Gülnurə Əkbərzadə isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, oyunlar Litvanın Kaunas şəhərində keçiriləcək.
Baş Sponsor