az en
News / VAR sistemi sınaqdan keçirilib (fotolar)

VAR sistemi sınaqdan keçirilib (fotolar)

AFFA Dərc olundu: 15.04.2022 Çap
Azərbaycan Premyer Liqasında tətbiqi nəzərdə tutulan VAR (Video Assistant Referee) sistemi ilk dəfə olaraq test rejimində sınaqdan keçirilib.
VAR sistemi sınaqdan keçirilib (fotolar)
Dünən ASK Arenada keçirilmiş Azərbaycan U-17 – “Şamaxı” U-19 qarşılaşmasının baş hakimi Fərid Hacıyev olub. Video Köməkçi Hakim funksiyasını isə Elçin Məsiyev və Kamal Umudlu yerinə yetirib.
Qeyd edək ki, FİFA-nın müvafiq tələbinə uyğun olaraq, VAR sistemi rəsmi oyunlarda tətbiqindən əvvəl test rejimində sınaqdan keçirilməlidir.
 
Baş Sponsor 
Partnyorlar