az en
News / Xatirə turniri keçirilib (fotoreportaj)

Xatirə turniri keçirilib (fotoreportaj)

Turnir Dərc olundu: 24.02.2023 Çap
Anatoli Banişevskinin doğum gününə həsr olunmuş ənənəvi futbol turnirinə yekun vurulub.
 
Xatirə turniri keçirilib (fotoreportaj)
Bakı Kəndlər Futbol Federasiyasının təşkilatçılığı, AFFA-nın dəstəyilə keçirilən turnirdə Bakının kənd və qəsəbələrindən ümumilikdə 8 komanda iştirak edib. Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların məşq meydanında baş tutan final qarşılaşmasında Qobustan qəsəbəsini təmsil edən “Şıxlar” komandası rəqibi “Ələt” komandasını 4:1 hesabı ilə üstələyərək turnirin qalibi olub. Yekunda turnirdə müvafiq yerləri tutmuş komandalara AFFA tərəfindən kubok, medallar və müxtəlif nominasiyalar üzrə hədiyyələr təqdim olunub. Kuboku “Şıxlar” komandasına AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və Bakı Kəndlər Futbol Federasiyasının prezidenti Vaqif Davudov birlikdə təqdim edib.
 
Baş Sponsor 
Partnyorlar