az en
News / “Zəfər Liqası”nın püşkü atılıb (fotolar)

“Zəfər Liqası”nın püşkü atılıb (fotolar)

Turnir Dərc olundu: 27.10.2023 Çap
Bu gün AFFA-nın inzibati binasında Azərbaycan könüllü təşkilatları arasında təşkil olunacaq “Zəfər Liqası”nın püşkatma mərasimi keçirilib. 
“Zəfər Liqası”nın püşkü atılıb (fotolar)
Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət himni səslənib, ölkəmizin müstəqilliyi, ərazi bötövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov, Gənclər Fondunun İcraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov və Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin rəisi Yusif Vəliyev iştirak ediblər.
Qeyd edək ki, AFFA və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Azərbaycan Gənclər fondunun tərəfdaşlığı ilə UEFA-nın het-trik proqramı çərçivəsində Azərbaycan Könüllü Təşkilatları arasında keçiriləcək “Zəfər Liqası” turniri 44 günlük Vətən Müharibəsinə həsr olunub.
 
Baş Sponsor 
Partnyorlar