az en
News / AFFA “Smart oyun” idarəetmə sistemini tətbiq edəcək

AFFA “Smart oyun” idarəetmə sistemini tətbiq edəcək

AFFA Dərc olundu: 02.10.2015 Çap
Bu ildən etibarən AFFA tərəfindən təşkil olunan U-10, U-11, U-12, Coca-Cola U-13 və U-14 liqalarında “Smart oyun” adlandırılan elektron idarəetmə sistemi tətbiq olunacaq.
 
AFFA “Smart oyun” idarəetmə sistemini tətbiq edəcək
12 mərkəzləşdirimiş regionda AFFA-nın yerli nümayəndələri tərəfindən bu sistemə giriş təmin edilib. Bu ildən etibarən mərkəzləşdirimiş regionlarda keçirilən oyunların sənədləşmə prosesi, oyun protokollarının doldurulması və nəticələrin ötürülməsi, təqvim və turnir cədvəlinin işlənilməsi online olaraq smart sistemlə idarə olunacaq. Bu məqsədlə AFFA tərəfindən regionlardan müvafiq mərkəzlərə uyğun olaraq əməkdaşlar işə götürülüb və müvafiq avadanlıqla təmin olunub. Sistemin tətbiqi yarışların keçirilmə prosesinin  təkmilləşdirlməsini və sürətləndirməsini, uşaq liqalarının idarəetməsində müasir texnologiyaların istifadəsini  təmin edəcək, həmçinin sistemə daxil olunacaq məlumatların elektron mübadilə vasitələrində, sosial şəbəkələrdə yayılmasına, liqaların təbliğatının gücləndirilməsinə təkan verəcək. Oyunlar başa çatdıqdan sonra digər məlumatlarla yanaşı, qarşılaşmalarda çəkilmiş fotolar da sistemə, paralel olaraq, AFFA-nın sosial şəbəkələrdəki səhifələrinə daxil olunacaq və oyunların iştirakçısı olan uşaqlar, eləcə də, azarkeşlər həmin fotolara baxmaq, o cümlədən şəkilləri istifadə etdikləri cihazlara yükləmək imkanı əldə edəcəklər.
 
Baş Sponsor 
Partnyorlar