az en
News / "Araz" ölkə çempionu olub (fotoreportaj)

"Araz" ölkə çempionu olub (fotoreportaj)

Futzal Dərc olundu: 17.05.2019 Çap
Bu gün Bakı İdman Sarayında futzal üzrə Yüksək Liqanın 2018-2019-cu il mövsümünün final oyunu keçirilib.
 
"Araz" ölkə çempionu olub (fotoreportaj)
Həlledici oyunda “Araz” və “Xəzər Cənub” komandaları qarşılaşıb. 4:1 hesabı ilə qələbə qazanan “Araz”  ölkə çempionu olub. Üçüncü yer uğrunda keçirilmiş qarşılaşmada isə “Neftçi”ni 4:2 hesabı ilə məğlub edən EKOL bürünc medal qazanıb.
Çempionatın ən yaxşı baş məşqçisi Joze Alesio Da Silva (“Araz”), ən yaxşı oyunçusu Vitali Borisov (“Neftçi”), ən yaxşı qapıçısı isə Rövşən Hüseynli (“Araz”) seçilib. Mövsüm ərzində 85 qol vuran “Xəzər Cənub”un hücumçusu Hadi Rezvan ölkə çempionatının bombardiri olub. Komandalara diplomları, medalları, çempiona kuboku AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təqdim ediblər.
 
Baş Sponsor 
Partnyorlar