az en
News / “Araz”ın rəqibləri müəyyənləşib

“Araz”ın rəqibləri müəyyənləşib

Futzal Dərc olundu: 05.07.2018 Çap
Bu gün İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA Çempionlar Liqasının ilkin və əsas mərhələsinin püşkatması keçirilib. 
 
 
“Araz”ın rəqibləri müəyyənləşib
Püşkün nəticəsinə əsasən, turnirdəki təmsilçimiz “Araz” əsas mərhələdə “Luçenec” (Slovakiya), E və F qruplarının qalibi ilə 8-ci qrupda mübarizə aparacaq. Bu mərhələnin oyunları oktyabrın 2-dən 7-dək Slovakiyada keçiriləcək.
Qeyd edək ki, E qrupunda “Veles” (Makedoniya), “Valleta” (Malta), “Futsamba Naas” (İrlandiya) və “Kosmos Tallin” (Estoniya), F qrupunda “Hovocobo” (Hollandiya), “Reading Futsal Klub” (İngiltərə), “Vytis” (Litva), “Murata” (San Marino) komandaları qüvvəsini sınayacaq. İlkin mərhələnin oyunları avqustun 28-dən sentyabrın 2-dək keçiriləcək.
 
 
Baş Sponsor 
Partnyorlar