az en
News / “Artıq gələcək barədə düşünməliyik”

“Artıq gələcək barədə düşünməliyik”

Futzal Dərc olundu: 26.09.2016 Çap
Futzal üzrə dünya çempionatının 1/4 final mərhələsində keçirilmiş Azərbaycan – Portuqaliya oyunundan sonra millimizin baş məşqçisi Milton Luis Ziller Juniorun səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
“Artıq gələcək barədə düşünməliyik”
“Oyun barədə onu deyə bilərəm ki, əvvəlcədən planlaşdırdığımız kimi oynadıq. Həm müdafiədə, həm də hücumda. Rəqibimiz qapımız qarşısında təhlükəli epizodlar yaratsa da, biz də bu baxımdan borclu qalmadıq. Doğrudur, vurduğumuzdan çox qol buraxdıq. Amma bu da təbii qarşılana bilər. Xüsusilə, son 4-5 dəqiqədə çox üstün oynasaq da, istədiyimiz hesabı əldə edə bilmədik. Bu nəticədən sonra başımızı aşağı salmamalıyıq. Artıq gələcək barədə düşünməliyik. Hesab edirəm ki, ümumilikdə, komanda dünya çempionatında pis çıxış etmədi. İndi növbəti planlarımızın nədən ibarət olmasına diqqət yetirməliyik”.
 
Baş Sponsor 
Partnyorlar