az en
News / Azərbaycan – Macarıstan: Məşqçi fikirləri

Azərbaycan – Macarıstan: Məşqçi fikirləri

Avro-2020 Dərc olundu: 08.06.2019 Çap
AÇ-2020-nin seçmə mərhələsində bu gün keçirilmiş Azərbaycan - Macarıstan oyunundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
Azərbaycan – Macarıstan: Məşqçi fikirləri
Marko Rossi (Macarıstan milli komandasının baş məşqçisi): “Birinci hissədə düşündüklərimizi bəzən gerçəkləşdirə bildik, bəzi məqamlarda isə bunu bacarmadıq. Ancaq ikinci hissədə daha yaxşı oynadıq və bu nəticədə də əksini tapdı. Texniki zonadan kənarlaşdırıldığım epizoda gəldikdə, hakimlər də bizi anlamalıdırlar. Bilməlidirlər ki, oyun ərzində məşqçilər təzyiq altında olur. 90 dəqiqə ərzində cəmi 2 dəfə texniki zonadan kənara çıxmışdım ki, bu da istəmədən baş vermişdi. Referi niyə belə qərar qəbul etdi, anlamadım.  
Azərbaycan millisinə gəldikdə, rəqib komandanın üzvləri oyuna yaxşı köklənmişdilər. Hətta onlar birinci hissədə təkbətək mübarizələrdə bizi üstələyir, qalib ayrılırdılar. Ümumi götürdükdə, bu oyunda məqsədimiz 3 xal qazanmaq idi və buna da nail olduq”.
 
 
Nikola Yurçeviç (Azərbaycan milli komandasının baş məşqçisi): “Qələbə münasibəti ilə rəqibi təbrik edir, bu gün bizi dəstəkləmək üçün stadiona gələn azarkeşlərimizə təşəkkür edirəm. İlk 10-15 dəqiqədə həyəcanlı idik. Futbolçularım mübarizə apardılar. Oyunda müsbət məqamlar var idi, topa nəzarət əsasən bizdə idi. Fərq standart vəziyyətlərlə bağlıydı ki, bu da oyunun taleyini həll edən məqam oldu. Bugünkü oyunda iki topu bu cür epizoddan buraxdıq. Xorvatiyadakı oyunda da rəqib bir qolu standard vəziyyətdən vurmuşdu. Əlbəttə, nəticədən razı deyiləm, amma futbolçularım daha yaxşısına layiq idi. Bir qədər də bəxtimiz gətirmədi. Fərqi azaltdıqdan dərhal sonra rəqibin qol vurmasına mane ola bilmədik. Macarıstan yığması oyun ərzində pressinq tətbiq etməklə bizim hücuma çıxmağımızı çətinləşdirdi. İkinci hissədə meydana daxil olan oyunçularımız oyunu bir qədər canlandırdılar. Ancaq vacib olan nəticəni qazana bilmədiyimizə görə məyusam”.
 
Baş Sponsor 
Partnyorlar