az en
News / Azərbaycan – Moldova: Məşqçi fikirləri

Azərbaycan – Moldova: Məşqçi fikirləri

Futzal Dərc olundu: 23.10.2019 Çap
DÇ-2020-nin əsas mərhələsi çərçivəsində bu gün keçirilmiş Azərbaycan – Moldova oyunundan sonra təşkil olunmuş mətbuat konfransında hər iki baş məşqçinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
 
 
Azərbaycan – Moldova: Məşqçi fikirləri
Joze Alesio Da Silva (Azərbaycan milli komandasının baş məşqçisi): “Çətin oyun olacağını bildirdik. Çünki Moldova millisinin hazırkı heyəti uzun müddətdir ki, bir yerdə məşqlər keçir. Bizim heyətimizdə isə zədə və digər səbəblərdən mütəmadi dəyişikliklər baş verir. Oyun istədiyim məcrada keçdi və nəticədən razı qaldım. Ancaq səhvlərimiz də oldu. Xüsusilə də qol epizodlarını reallaşdırmaq baxımından çətinlik çəkdik. Təbii ki, bunun üzərində işləyəcəyik. Monteneqroya qarşı bu səhvləri buraxmamalıyıq. Onlar da kifayət qədər hazırlıqlı komandadır. Çalışacağıq daha çox qol vuraq və fərqli hesabla qələbə qazanaq. Bu gün reytinq cədvəlində üst sıralarda qərarlşadığımıza görə, əksər rəqiblər bizə hörmətlə yanaşır. Biz də bu mərhələni birinci pillədə başa vurmalıyıq ki, elit-raundda münasib komandalarla üz-üzə gələk. Komandamın dünya çempionatının final mərhələsinə yollanması üçün postensialı var və bunu bacaracağımıza inanıram”.
 
Vladimir Busatıy (Moldova milli komandasının baş məşqçisi): “Mehriban qəbula görə təşkilatçı ölkəyə təşəkkür edirəm. Sanki öz evimizdəyik. Oyuna gəldikdə, əlbəttə, nəticədən razı deyiləm. Ən azı 1 xala layiq olduğumuzu düşünürəm. Komanda şəklində pis təsir bağışlamadıq. Rəqibin heyətində fərdi keyfiyyətlərinə görə seçilən oyunçular olsa da, qapıçılarının daha inamlı çıxış etdiyini vurğulamalıyam. Futzalda qapıçı vacib amildir. Bu gün bizim qapıçının da işi az olmadı.  
Məqsədimiz növbəti mərhələyə adlamaqdır. Bu mərhələdə təsadüfi komanda olmur. Əsas mərhələnin nə olduğunu yaxşı bilirik”.
 
 
 
Baş Sponsor 
Partnyorlar