az en
News / Azərbaycan U-21 – Kosovo U-21: Məşqçi fikirləri

Azərbaycan U-21 – Kosovo U-21: Məşqçi fikirləri

U-21 Dərc olundu: 14.11.2017 Çap
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində “Dalğa Arena”da keçirilən Azərbaycan – Kosovo oyunundan sonra hər iki komandanın məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
Azərbaycan U-21 – Kosovo U-21: Məşqçi fikirləri
Samir Ələkbərov (Azərbaycan U-21 yığmasının baş məşqçisi): “Ardıcıl 2 matçda noqdauna düşdük. Ondan sonra ayılmaq istəyirdim. Əgər bu gün nəsə emosional reaksiya verdimsə, üzr istəyirəm. Rəqibin baş məşqçisi hər şeyə etiraz edirdi. Halbuki həmin epizodda qayda pozuntusu yox idi. Hər şey meydanda qaldı. Oyundan sonra da görüşdük.
Standart vəziyyətlər zamanı nə qədər tapşırsam da, komanda meydanda öz bildiyini edirdi. Oyun zamanı meydanda qərarı futbolçular verirdi. Mən nəyisə tapşıranda təsdiq işarəsi göstərsələr də, yenə öz bildiklərini edirdilər. Rusca da, azərbaycanca da deyirdim, yenə xeyri olmurdu. Belə şeylərin üzərində işləmək üçün vaxt lazımdır”.
 
Erdoğan Çelina (Kosovo U-21 yığmasının məşqçisi): “Hər iki komanda yaxşı mübarizə apardı. Həm biz, həm də Azərbaycan yığması bundan əvvəlki matçda ağır məğlubiyyət almışdı. Bu oyunda hər iki komanda bunu unutdurmaq istəyirdi. Oyun ərzində yaxşı qol epizodlarımız olsa da, dəyərləndirə bilmədik. Qeydə alınan nəticə hər iki tərəf üçün vacibdir. Bizi yaxşı qarşıladıqlarına görə, Azərbaycan xalqına, federasiya rəhbərliyinə təşəkkür edirik. Biz də onları eyni cür qarşılayacağıq. Rəqibə qarşıdakı oyunlarda uğurlar diləyirəm”.
 
Baş Sponsor 
Partnyorlar